Yavaşsürətli toxumluq noriya
NTS 10-60 t/s

Təyinatı

Yavaş sürətli NTS Noriya istifadəsi:
  • Taxılın və digər dənəvər maddələrin şaquli yoxuşu üçün, 3 metrdən 18 metrəyədək və daha yüksəkdə yerləşən bunkerlərə yükləmək üçün
  • Üstəlik, taxıl materialı zədələnmir

Noriyada opsional olaraq, bunkerlərdə yükləmə zamanı taxıl səviyyəsinin avtotənzimlənməsi nəzərdə tutulub.

Prosesin təsviri:

"NTS" fəaliyyət zamanı taxılı zədələmədiyindən, "NTS"-in səciyyəvi cəhəti dənli bitkilərə qarşı qayğıkeş münasibətindədir.

Taxılın bütövlüyü çalovların sürətinin azaldılması, çalovların xüsusi quruluşu və noriyadan xüsusi boşaltma üsulu yolu ilə əldə edilir.

"NTS" noriyasının xüsusiyyəti səmərəliliyin tənzimlənməsi (bazada) və bunkerə/qablara uyğun yükləmə sürətini kökləmək imkanlarındadır. Seçimli olaraq bukrelərin qədərindən artıq doldurulmaya qarşı müdafiəsi, yükləmə zamanı bunkerlərdə taxıl səviyyəsinin avtotənzimləməsi quraşdırılır.

Həmçinin, "NTS" sürətli yükləmə zamanı istifadə edilə bilər. O zaman noriyanın səmərəliyi iki dəfə və daha çox artır.

"NTS"noriyasının istifadə üstünlükləri (5t-60t/s):

  • Dənəvər materialların veriliş sürətinin tənzimi
  • Dənəvər materialları yüksək hündürlüyə nəql etmə qabiliyyəti
  • Az enerji sərfi
  • Avadanlığın yığcamlığı
  • Taxılın və ya qranulları parçalanmadan və zədələnmədən ehtiyyatlı yerdəyişməsi
  • Yavaş sürətli noriyanın təbil mehvəri özümərkəzləşən diyircəkli yastığın istifadəsi ilə bərkidilib.
  • Lenti dartan dolama mexanizmi yüksək möhkəmliyə malikdir.
  • İstehsal prosesinin yüksək səviyyədə mexanikləşdirilməsi noriyanın xidmət olunmasına minimal heyət cəlb etməyə imkan verir
  • Noriyanın quruluşu, toxumların təmizlənməsi və emalı üzrə istehsal xətlərinə yüngülcə qurşdırılmasını, açıq və qapalı xırmanlarda, anqar və elevator şəraitində istismarını təmin edir.
  • Noriyanın quruluşu mürəkkəb və bahalı quraşdırma işləri aparmadan quraşdırılmanı təmin edir, torpaq və beton işləri, əlavə konstruksiya quraşdırılması tələb etmir (9 metrədək)
  • Etibarlı və davamlı quruluş, lentin, yastıqların daha gec sıradan çıxması
  • «AZIMUT» və «ZHUZHA» maşınları ilə elektron birləşdirilmə (bunkerlərdə avto səviyyə dəstəyi)
  • Maşının fəaliyyətinin və xidmət edilməsinin sadəliyi

Texniki xüsusiyyətləri

Qiymətlər 30 avqust 2020-ci ilədək aktualdır.
Çatdırılma müddəti
Anbarda mövcudluğu və ya ödəniş tarixindən maksimum 7-10 gün ərzində
Maşınları sifariş etmək
Göstərilən telefon nömrəsi ilə bizə zəng edə edin
+7 86342 3-59-86, +7 86342 3-59-58
və ya formanı doldurub, bizim zəngimizi gözləyin
Digər maşınlarımız:
Taxıltəmizləyici
"AZIMUT" ailəsinə aid maşınlar:
  • Mədəni dənli bitkilərin zibil və müxtəlif aşqarlardan ilkin təmizlənməsi
  • İstənilən kənd təsərrüfatı dənli bitki toxumlarının xüsusi çəkisinə və ölçüsünə uyğun olaraq keyfiyyətli toxum materialının alınması

İxtiyarınızda "AZIMUT" maşını olduqda, Siz müstəqil surətdə nəinki dənli bitki təmizlənməsi həyata keçirə, həm də öz keyfiyyətli toxumlarınızı əldə edə bilərsiniz.

    Vibro kalibrləşdirən
    «ZHUZHA» ailəsinə aid maşınlar nəzərdə tutulub:
    • Toxumun ölçüsünə görə dənli bitkilərin kalibrləşdirilməsi üçün
    • Dənli bitkilərin aşqar və zibildən təmizlənməsi üçün
    Bu maşın taxılın/paxlakimilərin/qranulların ölçüsünə görə kalibrləşdirilməsi üçün, taxıltəmizləyici kompleksdə, unüyüdən və kombinə edilmiş yem zavodlarında, istehsal xətlərində tətbiq edilməsi üçün istifadə edilir

    © 2020 AZOVSELMAŞ
    Taxılın təmizlənməsi və kalibrləşdirilməsi üçün maşınlar
    Change site language